19 Mart 2026, 14:23
ÇEMPİONLAR LİQASI
"Barselona"nın hücumçusu Robert Levandovski Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.
Matc.az xəbər verir ki, polşalı forvard 1/8 final mərhələsinin "Nyukasl"la cavab görüşündə 2 qol vurmaqla buna nail olub.
Levandovski qitənin ən nüfuzlu klub turnirində dubl edən ən yaşlı oyunçu olub. Ulduz futbolçu bunu 37 yaş 209 günlüyündə bacarıb.
Əvvəlki rekord 2010-cu ildə 37 yaş 86 günlük olarkən "Milan"ın heyətində "Real"a 2 qol vuran Filippo İnzaqiyə məxsus idi.
Qeyd edək ki, "Barselona" - "Nyukasl" qarşılaşması meydan sahiblərinin 7:2 hesablı qələbəsi ilə başa çatıb.












