"Bavariya"nın hücumçusu Harri Keyn Çempionlar Liqasında tarixi nailiyyətə imza atıb.

Matc.az xəbər verir ki, 32 yaşlı forvard 1/8 final mərhələsinin "Atalanta" ilə cavab oyununda dubl etməklə buna nail olub.

Keyn Çempionlar Liqasında 50-ci qolunu vurub. O, bununla da qitənin ən nüfuzlu klub turnirində 50 qol həddinə çatan ilk ingiltərəli futbolçu olub.

İngiltərə millisinin üzvü bu qolların 29-nu "Bavariya"nın heyətində vurub. O, 21 dəfə isə "Tottenhem" forması ilə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest