PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin "Çelsi" ilə cavab matçından (3:0) sonra təəssüraatlarını bölüşüb.
Matc.az xəbər verir ki, 6-cı dəqiqədə komandasının ilk qolunu vuran gürcüstanlı vinger İngiltərə klubuna qarşı oynamağın asan olmadığını deyib:
"Belə güclü rəqibi məğlub etdiyimiz üçün çox şadam. "Çelsi"yə qarşı oynamaq asan deyildi. Amma bizim günümüz idi. İlk qolu vurmağımız çox vacib idi. Bundan sonra sadəcə öz oyunumuzu oynadıq. Əgər hesabı "Çelsi" açsaydı, hər şey fərqli ola bilərdi. Çox yaxşı iş gördük və eyni ruhda davam etməliyik.
Qeyd edək ki, PSJ iki oyunun nəticəsində əsasən "Çelsi"ni 8:2 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib. Paris təmsilçisi 1/4 finalda "Liverpul" - "Qalatasaray" cütünün qalibi ilə üz-üzə gələcək.



_1773840811.jpg)


_1773835384.jpg)




_1773829406.jpg)
_1773828649.jpeg)