17 Mart 2026, 15:10
ÇEMPİONLAR LİQASI
"Liverpul"un baş məşqçisi Arne Slot istefaya göndərilə bilər.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Niderlandlı mütəxəssisin taleyi UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin "Qalatasaray"la cavab görüşündən asılıdır. Komanda turnirdə mübarizəni dayandırsa, 47 yaşlı məşqçi ilə yollar ayrılacaq.
Qeyd edək ki, "Liverpul" İstanbuldakı matçda "Qalatasaray"a 0:1 hesabı ilə uduzub. Komandalar arasındakı cavab oyunu isə martın 18-dən 19-na keçən gecə keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.





_1773761554.jpg)




_1773755513.jpg)

