40 yaşlı qapıçı Gilyermo Oçoa futbol üzrə Meksika millisinə dəvət alacaq.

Matc.az xəbər verir ki, təcrübəli qolkiper Meksika yığmasının Portuqaliya və Belçika milliləri ilə keçirəcəyi yoldaşlıq oyunlarına çağırılacaq.

Buna səbəb əsas qapıçı Luis Malaqonun ciddi zədə almasıdır.

Bildirilir ki, Malaqon klubunda zədə alıb və buna görə də dünya çempionatını buraxacaq.

Nəticədə Meksika millisinin məşqçilər heyəti təcrübəli Oçoanı yenidən komandaya dəvət etmək qərarına gəlib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest