13 Mart 2026, 09:46
FUTBOL
"Arsenal" "Leypsiq"in mərkəz müdafiəçisi Kastello Lukebanın transferi ilə bağlı danışıqlara başlayıb.
Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.
Bildirilir ki, alman klub 23 yaşlı futbolçu üçün 60-70 milyon avro transfer haqqı tələb edir. Fransız futbolçu üç mövsümdən sonra Almaniya klubundan ayrılmağı planlaşdırır. Müdafiəçi karyerasını İngiltərə və ya İspaniya çempionatında davam etdirmək istəyir.
Bu mövsüm Lukeba bütün turnirlərdə 23 oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 45 milyon avrodur.












