"Bavariya"nın futbolçusu Maykl Olise bilərəkdən sarı vərəqə aldığına görə UEFA-nın sanksiyası ilə üzləşə bilər.

Matc.az xəbər verir ki, fransalı vinger ötən gecə UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin "Atalanta" ilə ilk oyununda (6:1) qəsdən sarı vərəqə almaqda şübhəli bilinir. Bu barədə xarıcı mətbuat məlumat yayıb.

Olise komandası 6:0 hesabı ilə öndə olduğu vaxt künc zərbəsini yerinə yetirən zaman hakimin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq oyunu tez başlamaqdan imtina edib.

"Bavariya" ilk oyunda böyükhesablı qələbə qazandığı üçün cavab görüşü formal xarakter daşıyır. 24 yaşlı futbolçunun cəzasını cavab matçında çəkmək istədiyi ilə bağlı ehtimallar var. Bildirilir ki, Olise növbəti mərhələlərin oyunları buraxmaq riskinin olmaması üçün ikinci hissədə qəsdən sarı vərəqə alıb. UEFA hadisəni araşdırdıqdan sonra qərarını açıqlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest