UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu "Real" doğma meydanda "Mançester Siti" üzərində qələbə qazanıb – 3:0.

Matc.az xəbər verir ki, qarşılamada het-trikə imza atan Federiko Valverde ilk qolunu Tibo Kurtuanın ötürməsindən sonra vurub.

Bu, belçikalı qolkiperin Çempionlar Liqasında cari mövsüm ikinci ötürməsidir. Bundan əvvəllər yalnız "Deportivo"nun sabiq qapıçısı Xose Fransisko Molina Çempionlar Liqasının bir mövsümündə (2003/2004 mövsümündə) iki ötürmə edə bilib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 17-də Mançesterdəki "Etihad" stadionunda keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest