11 Mart 2026, 19:49
ÇEMPİONLAR LİQASI
"Nyukasl" UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin ilk oyununda doğma meydanda "Barselona" ilə 1:1 hesablı heç-heçə edib.
Matc.az xəbər verir ki, İngiltərə təmsilçisinin qolunun müəllifi olan Harvi Barns açıqlama verib. 28 yaşlı vinger komandasının üstün oynadığını deyib:
“Qol vurmaq inanılmaz hissdir, xüsusilə də bu sevinci azarkeşlərlə bölüşə biləndə. Keyfiyyətli oyun nümayiş etdirdik. Meydanda üstün tərəf biz idik. Buna görə də matçın sonlarında qol buraxmaq çox üzücüdür. Qarşıda bizi cavab oyunu gözləyir”.
Qeyd edək ki, "Barselona" ilə "Nyukasl" arasındakı cavab görüşü martın 18-də "Kamp Nou" stadionunda keçiriləcək.


_1773262662.jpg)









