24 Fevral 2026, 15:46
ÇEMPİONLAR LİQASI
PSJ UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Monako" ilə cavab matçına ciddi itki ilə çıxacaq.
Matc.az xəbər verir ki, Usman Dembele komandaya kömək edə bilməyəcək. Fransalı hücumçu ötən həftə baş tutan ilk oyunda (3:2) zədələnib.
Fabian Ruislə Senni Mayulu fərdi qaydada məşq edirlər. Onların oynayıb-oynamayacağı sabah məlum olacaq.
Qeyd edək ki, PSJ - "Monako" qarşılaşması fevralın 24-dən 25-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.




_1771945993.jpg)






_1771937039.jpeg)
