Camal Musiala Bundesliqada 100 oyunda qalibiyyətə sevinən ən gənc oyunçu olub.

Matc.az xəbər verir ki, yarımmüdafiəçi 23-cü turda "Ayntraxt"a qarşı oyunda meydana çıxıb və "Bavariya" 3:2 hesabı ilə qələbə qazanıb.

Bu, Musiala üçün Bundesliqada 100-cü qələbə olub və çempionat tarixində bu nailiyyətə imza atan ən gənc oyunçu ünvanını əldə edib.

Qeyd edək ki, Musiala 22 yaş 360 günlüyündə bu rekorda imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest