UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunları keçirilir.
Matc.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" İngiltərənin "Nyukasl" komandasını qəbul edir.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanı Norveçdən olan ədalət təmsilçiləri idarə edəcəklər.
Qeyd edək ki, "Nyukasl" – "Qarabağ" oyunu fevralın 24-ü, Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da, Bakı vaxtı ilə isə fevralın 25-i, saat 00:00-da start götürəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
18 fevral
21:45. "Qarabağ" – "Nyukasl"
Baş hakim: Espen Eskas
Yan xətt hakimləri: Yan Erik Enqan, Elias Başevkin
Dördüncü hakim: Siqurd Krinqstad
Var: Rob Diyperink
AVAR: Dennis Hiqler
Tofiq Bəhramov adına Respublika Stadionu












