"Nyukasl" İngiltərə Premyer Liqasının XXVII turunda sabah səfərdə "Mançester Siti"nin qonağı olacaq.

Matc.az xəbər verir ki, Luis Mayli və hücumçu Yoane Vissa komandaya kömək edə bilməyəcək. Bu barədə baş məşqçi Eddia Hau məlumat verib.

Vissa UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la cavab oyununa kimi hazır olacaq. Baş məşqçi şans versə, 29 yaşlı forvard Azərbaycan çempionuna qarşı oynaya biləcək.

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" qarşılaşması fevralın 25-dən 26-na keçən gecə "Sent Ceyms Park"da baş tutacaq. Komandalar arasında Bakıda keçirilən ilk oyun ingilislərin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest