"Nyukasl"ın vinheri Antoni Qordon UEFA Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu UEFA-nın saytında azarkeşlər arasında keçirilmiş sorğuda PSJ-dən Dezire Due, "Bayer"dən Patrik Şik və "Budo Qlimt"dən Ens Hoqu qabaqlayıb.

Qeyd edək ki, Antoni Qordon pley-off mərhələsinin "Qarabağ"la Bakıda keçirilən ilk matçında (6:1) 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest