18 Fevral 2026, 02:27
ÇEMPİONLAR LİQASI
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Matc.az xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutacaq.
Günün ilk görüşündə təmsilçimiz "Qarabağ" "Nyukasl"ı qəbul edəcək. "Bodo-Qlimt" "İnter"lə, "Brügge" "Atletiko" ilə, "Olimpiakos" isə "Bayer"lə üz-üzə gələcək.
Qeyd edək ki, pley-offun cavab qarşılaşmaları 24-25 fevral tarixlərində keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
18 fevral
24:45. "Qarabağ" (Azərbaycan) – "Nyukasl" (İngiltərə)
00:00. "Bodo-Qlimt" (Norveç) – "İnter" (İtaliya)
00:00. "Brügge" (Belçika) – "Atletiko" (İspaniya)
00:00. "Olimpiakos" (Yunanıstan) – "Bayer" (Almaniya)












