"Nyukasl"ın hücumçusu Entoni Qordon cari Çempionlar Liqasının ən sürətli oyunçusu olub.
Matc.az xəbər verir ki, bu barədə məlumatı CIES paylaşıb.
Futbolçunun sürəti 37.92 km/saata çatıb. İlk "onluq"da "Qarabağ"ın hücumçusu Emmanuel Addai də yer alıb. O, 35,87 km/saat sürətlə 7-ci sırada qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" – "Nyukasl" görüşü sabah keçiriləcək və saat 21:45-də start götürəcək.
Siyahının tam reytinq aşağıdakı kimidir:
1. Entoni Qordon ("Nyukasl", 37.92 km/saat).
2. Entoni Elanqa ("Nyukasl", 36.65 km/saat).
3. Əşrəf Hakimi (PSJ, 36.40 km/saat).
4. Nuno Mendeş (PSJ, 36.12 km/saat).
5. Karlos Borxes ("Brügge", 35.93 km/saat).
6. Niko O'Reyli ("Mançester Siti", 35.91 km/saat).
7. Emmanuel Addai ("Qarabağ", 35,87 km/saat).
8. Abdukodir Xusanov ("Mançester Siti", 35,8 km/saat).
9. Kilian Mbappe ("Real", 35,67 km/saat).
10. Federiko Valverde ("Real", 35,53 km/saat).
11. Harvi Barns ("Nyukasl", 35,48 km/saat).
12. Culiano Simeone ("Atletiko", 35,43 km/saat).
13. Lua Openda ("Yuventus", 35,16 km/saat).
14. Miki van de Ven ("Tottenhem", 35,11 km/saat).
15. Uqo Ekitikey (Liverpul, 34,91 km/saat).
16. Erlinq Haland ("Mançester Siti", 34,87 km/saat).
17. Kristian Kofane ("Bayer", 34,84 km/saat).
18. Arçi Qrey ("Tottenhem", 34,82 km/saat).
19. Eder Militao ("Real", 34,61 km/saat).
20. Feliks Nmeça ("Borussiya", 34,55 km/saat).











_1771343397.jpg)
_1771341431.jpg)