13 Fevral 2026, 13:36
FUTBOL
"Brentford" hücumçu İqor Tiaqonun müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
Braziliyalı forvardla 2031-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, "Brentford" İqor Tiaqonu 2024-cü ilin yayında "Brügge"dən 33 milyon avroya transfer edib. 24 yaşlı futbolçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 27 oyunda 18 qol vurub, 1 qol ötürməsi edib.






_1770985795.jpg)





