"Əl-Hilal" müdafiəçi Xalidu Kulibalinin müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Seneqal millisinin üzvü ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, "Əl-Hilal" Xalidu Kulibalini 2023-cü ilin yayında "Çelsi"dən transfer edib. 34 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində keçirdiyi 17 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest