13 Fevral 2026, 10:59
FUTBOL
Braziliya Futbol Federasiyası milli komandanın baş məşqçisi Ançelottini uzun illər postunda saxlamağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Artıq italiyalı mütəxəssislə razılıq əldə olunub. 66 yaşlı məşqçi ilə yaxın günlərdə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.
Qeyd edək ki, Karlo Ançelotti 2025-ci ilin 26 may tarixində Braziliyam yığmasının baş məşqçisi vəzifəsinə təyin olunub.






_1770977915.jpg)





