13 Fevral 2026, 12:16
FUTBOL
"Brayton"un yarımmüdafiəçisi Karlos Baleba yayda komandadan ayrıla bilər.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Kamerunlu futbolçu ilə "Mançester Yunayted", "Çelsi", "Tottenhem", "Nyukasl" və PSJ maraqlanır. "Qağayılar" 22 yaşlı dayaq yarımmüdafiəçisinə 100 milyon funt-sterlinq qiymət qoyub. Klub bu məbləğdən aşağı olan təklifləri dəyərləndirməyəcək.
Qeyd edək ki, "Brayton" Karlos Balebanı 2023-cü ilin yayında "Lill"dən 23 milyon avroya transfer edib. Gənc oyunçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 24 oyunda qol və ya assistlə yadda qalmayıb.




_1770985795.jpg)






_1770977915.jpg)
