"Yuventus" "Tottenhem"in qapıçısı Qulyelmo Vikario ilə maraqlanır və yayda onu transfer etməyi düşünür.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
"Tottenhem" italyan futbolçunu təxminən 25 milyon avro dəyərində qiymətləndirir. Əgər fürsət yaranarsa, "Yuventus" Vikarionu əlverişli şərtlərlə transfer etməyə hazırdır.
"Yuventus"dan əlavə, "İnter" də "Tottenhem"in qapıçısını izləyir və transfer etməkdə maraqlıdır. Hər iki klubun Vikarionu istəməsinin səbələrindən biri də, onun İtaliya millisinin üzvü olmasıdır.
Qeyd edək ki, Vikario "Tottenhem"ə 2023-cü ildə "Empoli"dən 18 milyon avroya transfer olub. Onun müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir. Qapıçı bu mövsüm "Tottenhem"in heyətində bütün yarışlarda 36 oyunda iştirak edib, 48 qol buraxıb və 13 dəfə qapısını toxunulmaz saxlayıb.












