"Mançester Yunayted"in qapıçısı Altay Tayındır Türkiyə Super Liqasına qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fotomaç" nəşri məlumat yayıb.

"Beşiktaş" yayda türkiyəli qolkiperi transfer etmək istəyir. "Qırmızı şeytanlar"ın əsas heyətinə düşə bilməyən 27 yaşlı "əlcək sahibi" özü də İstanbul təmsilçisinə keçməyə isti yanaşır.

Qeyd edək ki, "Mançester Yunayted" Altay Bayındırı 2023-cü ilin yayında "Fənərbaxça"dan transfer edib. O, cari mövsümdə komandanın heyətində 6 oyunda meydana çıxıb və qapısında 11 qol görüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest