06 Fevral 2026, 10:51
FUTBOL
"Qalatasaray" hücum xəttini gənc oyunçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, İstanbul nəhəngi Münhenqladbax "Borussiya"sından Can Armando Güneri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sarı-qırmızılar" Argentina U-17 millisinin üzvü üçün Almaniya klubuna 350 min avro təzminat ödəyib. 17 yaşlı vingerlə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Can Armando Güner "Borussiya"nın gənclər komandasında çıxış edirdi. O, cari mövsümdə komandanın heyətində keçirdiyi 14 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.












