"Mançester Yunayted" klubu "Brayton"dan yarımmüdafiəçi Karlos Balebanın transferini rəsmən elan edib.

Matc.az xəbər verir ki, bu barədə Mançester təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Futbolçu ilə müqavilə müddəti daha 1 il uzadılmaq imkanı ilə 2032-ci ilə qədər nəzərdə tutulub. "Qırmızı şeytanlar"ın 22 yaşlı oyunçu üçün sabit məbləğ olaraq təxminən 70 milyon avro, bonus şəklində isə 5,8 milyon avro ödədiyi bildirilir.

Kamerunlu futbolçu 2023-cü ilin yayından "Brayton"un şərəfini qoruyurdu. Geridə qalan mövsümdə o, bütün turnirlərdə ümumilikdə 35 oyuna çıxsa da, fərqlənə bilməyib.

"Transfermarkt" portalında oyunçunun dəyəri 55 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest