"Leypziq" klubu hücumçu Kristofer Nkunku ilə yenidən müqavilə imzaladığını rəsmi olaraq elan edib.

Matc.az xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, "buğalar" 28 yaşlı fransalı futbolçunu İtaliyanın "Milan" klubundan 2026/27 mövsümünün sonuna qədər icarəyə götürüblər.

Razılaşmada transfer hüquqlarının birdəfəlik satın alınması bəndi də yer alıb. "Leypziq"in bu keçid üçün "Milan"a 3,5 milyon avro icarə haqqı ödəyəcəyi, oyunçunun birdəfəlik transfer qiymətinin isə 30 milyon avro olduğu bildirilir.

Xatırladaq ki, təcrübəli hücumçu 2019-2023-cü illərdə də "buğalar"ın şərəfini qoruyub. Həmin dövrdə Nkunku bütün turnirlərdə ümumilikdə 172 oyuna çıxaraq 70 qol və 56 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun "Milan" ilə hazırkı müqaviləsi isə 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest