Türkiyənin "Beşiktaş" klubu heyətinə yeni müdafiəçi cəlb edib.

Matc.az xəbər verir ki, "qara qartallar" "Vulverhempton"da çıxış edən Emmanuel Aqbadunun keçidini həll edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fil Dişi Sahili millisinin üzvü artıq İstanbuldadır. 28 yaşlı mərkəz müdafiəçisi tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, Emmanuel Aqbadu bu mövsüm "Vulverhempton"un heyətində keçirdiyi 17 oyunda 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest