“Qəbələ” bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Sabah”la 0:0 hesablı heç-heçə edib.

Matc.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadzenin mətbuat konfransı olub. Gürcüstanlı çalışdırıcı 0:0 hesabı ilə başa çatan oyunu belə şərh edib:

“Çox yaxşı oyun oldu. Düşünürəm ki, azarkeşlər zövq ala bildilər. Sürətli oyunun şahidi olduq. Rəqibi təhlil etmişdik. Futbolçularımız yaxşı təsir bağışladılar. Göstərdilər ki, çempionatın liderinə qarşı yaxşı oyun nümayiş etdirmək olar. Penaltidən fərqlənə bilmədik. “Sabah” çox güclü komandadır. Heyətində yaxşı oyunçular var.

Bizdə transferlər oldu, heyəti gücləndirdik, səhvlərimizin üzərində çox işlədik. Müdafidə çoxlu səhvlər buraxırdıq. Bunların üzərində işlədik.

Bu oyundan əvvəl eşitmişdim ki, “Sabah” guya bizə üç qol vuracaq. Bunu özümüzə qarşı hörmətsizlik kimi qəbul edirəm. Rəqibə hörmətlə yanaşmalısan, həmçinin, özünə.

Rza Cəfərovdan danışmaq istərdim. Uzun müddət idi ki, oynamırdı. Bu gün isə yaxşı çıxışı ilə yadda qaldı. Həmçinin, yeni transferlərdən Turan Manafovu da təbrik edirəm. İlk oyununa çıxdı bu gün.

Transfer danışıqları gedir. Komandaya daha bir oyunçu cəlb etmək istəyirik.

Həqiqətən də, bizim əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Gücümüz çatacaq, ya yox, bilmirəm. “Neftçi” ilə oyuna 6 gün vaxtımız var. Bundan əlavə, təxirə salınmış oyunumuz olacaq. Hazırda kubokun cavab görüşü barədə fikirləşmirəm. Mənim üçün ən vacibi “Neftçi” ilə qarşıdan gələn oyundur”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest