30 Yanvar 2026, 12:39
FUTBOL
Peru milli komandasının yeni baş məşqçisi məlum olub.
Matc.az xəbər verir ki, Cənubi Amerika təmsilçisini Mano Menezes çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
63 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Mano Menezes 2010-2012-ci illərdə Braziliya yığmasının baş məşqçisi vəzifəsində çalışıb. Onun son iş yeri isə "Qremio" olub.


_1769779370.jpg)









