13 Yanvar 2026, 14:59
FUTBOL
"Nyukasl" Sven Botmanın müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Niderland millisinin üzvü ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, "Nyukasl" Sven Botmanı 2022-ci ilin yayında "Lill"dən transfer edib. 26 yaşlı mərkəz müdafiəçisi bu mövsüm "sağsağanlar"ın heyətində keçirdiyi 17 oyunda 1 qol ötürməsi edib.












