11 Dekabr 2025, 19:28
FUTBOL
"Real" rəhbərliyi bazar günü keçiriləcək La Liqanın 16-cı turunda komandanın "Alaves"i məğlub edə bilməməsi halında, baş məşqçi Xabi Alonsonu istefaya göndərəcək.
Matc.az xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.
Daha əvvəl media orqanları ispan məşqçinin Çempionlar Liqasının 6-cı turunda "Mançester Siti"yə 1:2 hesablı məğlubiyyətdən sonra istefaya göndəriləcəyini bildirmişdi. Lakin "Real"ın məğlubiyyətindən sonra bunun baş verməyəcəyi barədə xəbərlər yayıldı.
Qeyd edək ki, Alonso 2025-ci ilin yayından bəri Madrid komandasına rəhbərlik edir. İspaniya çempionatının 16 turundan sonra "Real" 36 xalla ikinci sırada qərarlaşıb.






_1765477707.jpg)



_1765464469.jpg)

