Türkiyə Superliqasında növbəti baş məşqçi istefası reallaşıb.
Matc.az xəbər verir ki, "Gənclərbirliyi"nin baş məşqçisi Volkan Dəmirəl "Karagümrük" üzərində 3:0 hesablı qələbədən sonra istefa verdiyini açıqlayıb.
"İstefa verirəm, amma bunu öz istəyimlə etmirəm. Burada olduğum üçün çox xoşbəxt idim. Prezident Mehmet məni bura gətirdi və prezident Arda seçildi. Hər ikisi dünən mənə çox yaxşı davrandılar. Lakin qərarımı dünən vermişdim, komandanı tərk qoymamaq üçün bu gün elan etdim" – deyə Demirel açıqlama verib.
Klubun bir gün əvvəl keçirilən fövqəladə ümumi yığıncağında Mehmet Kaya və Çağrı Çetin namizədliklərini geri götürdükdən sonra, yeganə namizəd olan Arda Çakmak "Gənclərbirliyi"nin yeni prezidenti seçilib. Bu dəyişiklikdən sonra Volkan Dəmirəl istefa vermək qərarına gəlib.
Qeyd edək ki, Volkan Dəmirəl "Gənclərbirliyi"nə oktyabrın 31-də naş məşqçi təyin edilmişdi.




_1765135912.jpg)







