05 Dekabr 2025, 12:35
FUTBOL
"Bavariya" Ekvadorun "Aukas" klubunda çıxış edən Vircilio Olayanın transferini həll edib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Bundesliqa nəhəngi 17 yaşlı mərkəz müdafiəçisini başqa bir kluba icarəyə verəcək. Ekvadorlu futbolçu daha sonra "Bavariya"ya qoşulacaq.
Qeyd edək ki, Vircilio Olaya "Aukas"ın əsas komandasının heyətində 7 oyunda meydana çıxıb.












