01 Dekabr 2025, 18:24
FUTBOL
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen komandanın ümumi məşq qrupuna qayıdıb.
Matc.az xəbər verir ki, bu barədə Fabrizio Romano məlumat yayıb.
33 yaşlı qolkiper artıq meydanlara dönüşə demək olar ki, hazırdır. Ter Ştegen mövsümün əvvəlini belindəki problemlərə görə buraxmışdı. Almaniyalı "əlcək sahibi" hazırda bərpa prosesini tamamlayır və yaxın vaxtlarda meydana qayıda bilər.
Qış transfer pəncərəsi yaxınlaşdıqca ter Ştegenə digər klubların marağı artır. Bu da onun gələcəyi ilə bağlı vəziyyəti daha da maraqlı edir.












