"Məqsəd dünya çempionatının qalibi olmaqdır".

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın Avropa xonası üzrə seçmə mərhələsinin Ukraynanı 4:0 hesabı ilə məğlub etdikdən açıqlama verib.

Matc.az xəbər verir ki, Mbappe milli komandanın dünya çempionatı üçün hədəfi barədə danışıb.

"Məqsəd yarımfinala çıxmaq deyil. Məqsəd dünya çempionatının qalibi olmaqdır. Dünya çempionatı hər kəsin arzusudur. 48 komandanın hamısı qalib gəlmək üçün gəlir... Yarımfinalda məğlub olsaq, məqsədimizə çatdığımızı deyə bilmərik", - deyə Mbappe açıqlama verib.

Qeyd edək ki, Fransa millimizin də yer aldığı D qrupunda beş oyundan sonra 13 xalla birinci yeri tutaraq, vaxtından əvvəl 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest