"Qalatasaray"ın yeni transferi İlkay Gündoğanla bağlı gözlənilməz iddialar gündəmə gəlib.

Matc.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu təcrübəli yarımmüdafiəçi üçün ciddi təklif hazırlayır.

Bildirilir ki, klub Gündoğana yüksək səviyyəli müqavilə təklif etməyə hazırlaşır.

Məlumata görə, "Əl-Əhli" artıq Gündoğanın transferi üçün rəsmi addımlar atmağa başlayıb və ulduz futbolçuya mükafatlı şərtlər təqdim etməyi planlaşdırır.

Xatırladaq ki, 35 yaşlı futbolçu mövsümün əvvəlində "Qalatasaray"la 2027-ci ilə qədər müqavilə imzalayıb.

İlkay Gündoğan cari mövsümdə "Qalatasaray"ın heyətində 7 rəsmi qarşılaşmada iştirak edib, bu müddətdə 1 qol və 1 assistlə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest