"Borussiya"nın futbolçusu Kərim Adeyemi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

"Mançester Yunayted" almaniyalı vingeri transfer etmək istəyir. "Qırmızı şeytanlar" 23 yaşlı oyunçunu yanvar ayında heyətinə qatmağa çalışacaq.

Almaniya millisinin üzvünün klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimidir. O, Dortmund təmsilçisinin yeni sözləşmə təklifini hələ ki qəbul etməyib.

Qeyd edək ki, Kərim Adeyemi bu mövsüm "Borusssiya"nın heyətində keçirdiyi 19 oyunda 3 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest