DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - İslandiya oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı açıqlanıb.

Matc.az AFFA-ya istinadən xəbər verir ki, öncə mətbuat önünə İslandiya millisinin baş məşqçisi Arnar Qunnlauqsson çıxacaq.

Ayxan Abbasovun məbuat konfransı isə 19:30-da baş tutacaq.

12 noyabr

İslandiya milli komandası

16:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
17:15. Mətbuat konfransı

Azərbaycan milli komandası
19:30. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest