05 Noyabr 2025, 10:58
FUTBOL
Bir neçə gün öncə Londonda silahlı hücuma məruz qalan futbolçunun kimliyi məlum olub.
Matc.az xəbər verir ki, bu "Tottenhem"də çıxış edən Destini Udocidir. Məlumatı insayder Fabritsio Romano yayıb.
İtaliyalı sol cinah müdafiəçisi gecə saatlarında şəhərin mərkəzində silahla təhdid olunub. Onu təhdid edən şəxs 31 yaşlı futbol meneceridir.
Polis meneceri saxlayıb. Onun barəsində araşdırma aparılır.
"Tottenhem" bu məsələdə Udociyə tam dəstəyini göstərir.





_1762343284.jpg)



_1692637766.png)
_1762338149.jpg)

