23 İyul 2026, 10:58
FUTBOL
"Zirə" UEFA Konfrans Liqasında bu gün növbəti matçına çıxacaq. Azərbaycan təmsilçisi II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Estoniyanın "Payde" klubunun qonağı olacaq.
Matc.az xəbər verir ki, qarşılaşma Estoniyada baş tutacaq.
"Pyarnu Rannastaadion"da baş tutacaq qarşılaşmanı Moldovadan olan Hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, komandaları arasındakı cavab qarşılaşması iyulun 30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi
23 iyul
20:00. "Payde" – "Zirə" (Azərbaycan)
Baş hakim: Roman Jitari
Baş hakimin köməkçiləri: Viktor Mardari, Andrey Bodean
Dördüncü hakim: Andrey Brequta
Pyarnu, "Pyarnu Rannastaadion"













