03 Noyabr 2025, 16:35
FUTBOL
"Roma"nın heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, paytaxt təmsilçisinin hücumçusu Paulo Dibala sıradan çıxıb.
Argentinalı futbolçu A Seriyasının 9-cu turunun "Milan"la matçında (0:1) penalti yerinə yetirərkən ayaq əzələsindən zədə alıb. 31 yaşlı forvardın 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, Paulo Dibala bu mövsüm "Roma"nın heyətində keçirdiyi 9 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.












