İsveç millisinin vingeri Entoni Elanqa dünya çempionatının F qrupunda Yaponiya ilə keçirilən matçın (1:1) ən yaxşı oyunçusu seçilib. ABŞ-ın Texas ştatının Arlinqton şəhərindəki "Ey-Ti-end-Ti" stadionunda baş tutan görüşdə ingiltərənin "Nyukasl" klubunda çıxış edən Elanqa 62-ci dəqiqədə hesabı bərabərləşdirən qola imza atıb.

Matc.az xəbər verir ki, F qrupunda üç turdan sonra Yaponiya millisi beş xal toplayaraq ikinci pillədə qərarlaşıb.

İsveç isə 4 xalla üçüncü sırada yer alıb. Qrupda ilk pilləni Niderland (7), sonuncu yeri isə Tunis (0) tutur.

Qeyd edək ki, iyunun 11-dən 27-dək davam edən qrup mərhələsində ilk iki yeri tutan komandalarla yanaşı, ən yaxşı nəticə göstərən səkkiz qrup üçüncüsü də pley-offa yüksəlir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest