Fil Dişi Sahili millisinin baş məşqçisi Emerse Fae dünya çempionatının qrup mərhələsinin son turunda Kurasao üzərində qazanılan qələbədən (2:0) və komandasının 1/16 finala yüksəlməsindən sonra təəssüratlarını bölüşüb.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssisin fikirləri FIFA-nın rəsmi saytında yer alıb:

"Ağlıma gələn ilk söz qürurdur. Bunu bacaracağımızı və çətin olacağını bilirdik. Amma biz bunu etdik. Üstəlik, qrupda ikinci yeri tutduq. Xoşbəxtik və qürur duyuruq, lakin daha irliyə baxırıq. Növbəti matçdan əvvəl yaxşıca dincələcəyik. Fil Dişi Sahili buna layiqdir, bu axşam hər kəs zövq ala və bayram edə bilər. Mümkün qədər uzağa gedə bilməyimiz üçün bizə azarkeşlik etməyə davam edə bilərlər".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest