03 Noyabr 2025, 15:17
FUTBOL
"Liverpul" İngiltərə Premyer Liqasının 10-cu turu çərçivəsində doğma meydanda "Aston Villa"nı 2:0 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, “qırmızılar”ın ulduz futbolçusu Məhəmməd Salah bu görüşdə fərqlənib.
Misirli vinger 45-ci dəqiqədə komandasını hesabda önə keçirib. Bu qol sayəsində Salah İngiltərə çempionatındakı matçlarda ümumilikdə 279 məhsuldar hərəkətə (190 qol və 89 assist) imza atıb. Bu göstərici Frank Lempardın (177 qol və 102 assist) nəticəsi ilə eynidir.
Reytinqdə onun önündə yalnız iki futbolçu yer alır — Ueyn Runi (311 məhsuldar hərəkət) və Alan Şirer (324 məhsuldar hərəkət).












