Mövsümün sonunda "Yuventus"la müqaviləsi başa çatan Duşan Vlahoviç karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

"Barselona" azad agent statusunda olacaq serbiyalı hücumçunu Robert Levandovskinin əvəzləyicisi kimi düşünür. Kataloniya təmsilçisinin idman direktoru Deko 25 yaşlı forvardın nümayəndələri ilə görüşüb müqavilə şərtlərini müzakirə edib.

Qeyd edək ki, Duşan Vlahoviç bu mövsüm "Yuventus"un heyətində keçirdiyi 11 oyunda 6 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest