"Real" transfer ehtimalını qiymətləndirmək üçün "Mançester Siti"nin hücumçusu Erlinq Halandın nümayəndələri ilə əlaqə saxlayıb.

Matc.az xəbər verir ki, Bu barədə "Caught Offside" məlumat yayıb.

Bildirilir ki, Madrid klubu gələn yay böyük vəsaitə sahib ola bilər, çünki onlar hücumçu Vinisius Junioru Səudiyyə Ərəbistanı klubu "Əl-Əhli"yə 345 milyon avroya satmağı düşünürlər. "Real" bu müqavilədən əldə edilən gəliri norveçlini almaq üçün istifadə edə bilər.

Madrid klubu müqaviləsi 2034-cü ilin yayına qədər olan 25 yaşlı forvardı satmaq istəmədiyi vurğulanır. Buna baxmayaraq, Halandın transferi ideyasından əl çəkmək də istəmir.

Qeyd edək ki, norveçli futbolçu 2022-ci ilin yayından "Mançester Siti"də çıxış edir. Bu müddət ərzində hücumçu bütün yarışlarda 155 oyun keçirib, 136 qol vurub və 22 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında Halandın dəyəri 180 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest