"Düşünürəm ki, Jirunun rekordunu qıracam"

Fransalı hücumçu və kapitan Kilian Mbappe millinin sabiq hücumçusu Olivyer Jirunun qol rekordunu qıra biləcəyinə inanır.

Matc.az xəbər verir ki, hazırda Mbappenin aktivində 52, Jiruda isə 57 qol var.

"Kiməsə qol vura bilərəm deyəndə heç bir tabu pozmuram. Hər matçın öz reallığı var. Azərbaycan Ukrayna ilə heç-heçə etmiş komandadır. Bu matçda gözləntilər sadəcə qol vurmaqdan daha yüksəkdir, baxmayaraq ki, bundan vaz keçmək fikrində deyilik.

Düşünürəm ki, Jirunun rekordunu qıracam, amma nə vaxt olacağını bilmirəm. Bəlkə sabah, kim bilir? Bəlkə sonra. Bu, təbii ki, baş verəcək və mən irəliləməyə davam edəcəyəm", - Mbappe deyib.

Qeyd edək ki, oktyabrın 10-da Azərbaycan millisi səfərdə Fransa yığması ilə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest