"Elçe"nin yarımmüdafiəçisi Rodriqo Mendosa La Liqada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Defensa Sentral" məlumat yayıb.

"Real" ispaniyalı futbolçunu transfer etmək istəyir. "Kral klubu"nun baş məşqçisi Xabi Alonso Mendosanın Çilidə keçirilən U-20 dünya çempionatında İspaniya millisinin heyətində göstərdiyi performansını bəyənib. 20 yaşlı oyunçunun klubu ilə müqaviləsində 24 milyon avroluq sərbəstqalma məbləği yer alıb.

Qeyd edək ki, Rodriqo Mendosa bu mövsüm "Elçe"nin heyətində keçirdiyi 5 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest