"Orlando Siti" "Tottenhem"in hücumçusu Rişarlisonu transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

MLS təmsilçisi gələn ilin yayında braziliyalı forvardı heyətinə qatmağa çalışacaq. "Orlando Siti" 28 yaşlı futbolçu üçün İngiltərə klubuna 30 milyon funt-sterlinq təzminat ödəməyə hazırdır.

Qeyd edək ki, Rişarlison bu mövsüm "Tottenhem"in heyətində keçirdiyi 11 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest