07 Oktyabr 2025, 13:51
FUTBOL
"Trabzonspor" "Mançester Yunayted"dən icarəyə götürdüyü Andre Onananı komandada saxlamaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Super Liqa məhəngi kamerunlu qolkiperin transfer hüquqlarına yiyələnməyə çalışır. "Trabzonspor" bunun üçün "Mançester Yunayted"lə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Trabzonspor" Andre Onananı bu ilin sentyabr ayında icarəyə götürüb. 29 yaşlı "əlcək sahibi" komandanın heyətində 4 oyunda meydana çıxıb.












