17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yekun heyəti müəyyənləşib.
Matc.az xəbər verir ki, U-17-nin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa, İsrail və Rumıniya yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyətində 20 futbolçu saxlanılıb.
Qeyd edək ki, 9-cu qrupda yer alan komandamız oktyabrın 8-də Fransa, 11-də İsrail, 14-də isə Rumıniya seçməsi ilə qarşılaşacaq. Qrupun bütün oyunları Fransada keçiriləcək.
U-17-yə çağırılan futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:
1. Rauf Əyyubov - Sabah
2. Nurəziz Əzizov - Neftçi
3. Kamil Həsənov - Marcet (İspaniya)
4. Kəmaləddin Cəfərli - Qarabağ
5. Uğur Qurbanlı - Qarabağ
6. Toğrul Mehdizadə - Sabah
7. Səttar Tahirzadə - Marcet (İspaniya)
8. Əli Kiçibəyov - Marcet (İspaniya)
9. İsmayıl Rzayev - Şəfa
10. Amin Rzayev - Qarabağ
11. Rəşad Gülüşov - Sabah
12. Nihad Hüseynzadə - Sabah
13. Nihad Cəfərzadə - Sabah
14. Abbas Zeynalov - Marcet (İspaniya)
15. Onur Əliyev - Qarabağ
16. Adnan Bunyatov - Marcet (İspaniya)
17. Əli Bəşirov - Qarabağ
18. Samir Şərifov - Sabah
19. Pünhan Kərimov - Marcet (İspaniya)
20. Nicat Kərimov - Sabah






_1761598465.jpg)


_1761592149.jpg)


_1761586939.jpg)